Şirkətin təqdim etdiyi zəmanətlərə diqqət yetirin!
Pəncərələri quraşdırdıqdan sonra sizdə müntəzəm şəkildə,hətta qışda belə mənzilinizi havalandırma vərdişi yaranmalıdır. Aktiv şəkildə reklam olunan mikrohavalandırma sistemləri və havalandırma sistemləri və havalandırma qapaqları pəncərənin istilikkeçirmə funksiyalarına zərər vurmadan tam şəkildə hava mübadiləsini təmin edə bilmir.
Yaxşı olar ki, ən azı gündə iki dəfə evin havası dəyişdirilsin, eləcə də mənzildə o qədər də yüksək olmayan nisbi rütubət səviyyəsi saxlanılsın, əks halda pəncərənin daxili tərəfində kondensatın aşağı düşməsi labüddür. Bu tövsiyyələrə riayət olunduğu təqdirdə evinizdə hər zaman sakitlik, istilik və rahatlıq olacaqdır.
Qiymətlərimizlə tanış olmamısınızsa pəncərə almağa tələsməyin